Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
11:22
Azərbaycanda pambıq əkini sahələri azaldılacaq

“Bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutur”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin (DAİM) açılışında nazir İnam Kərimov deyib.

“Pambıq mövsümünün sonundayıq. Bu günə qədər 215 min ton pambıq tədarük edilib. Bu il orta məhsuldarlıq ötən illə müqayisədə çox – hər hektara 16 sentnerdir. Gələn il daha çox məhsuldarlıq əldə etmək niyyətindəyik. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır”, - deyə nazir qeyd edib. (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 20:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com