Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2018
11:50
1280
Azərbaycan Premyer Liqasının XII turuna start veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

İki günü əhatə edəcək turun açılış matçında "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq.

Bu komandalar Azərbaycan çempionatları tarixində 41 dəfə üz-üzə gəliblər. Bunların 14-də meydan sahibləri, 11-də isə əyalət təmsilçisi qələbəyə sevinib, 16 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədir - 52:41.

Komandalar arasında son üç çempionat oyununda eyni - 1:1 hesablı heç-heçə qeydə alınıb. "Qəbələ" rəqibinə qarşı 8 çempionat oyununda meydanı qolsuz tərk etməyibsə, "Keşlə" 12 matçında əyalət təmsilçisinə qalib gələ bilmir.

Komandalar arasındakı ilk dövrədəki matç bərabərliklə yekunlaşıb - 1:1. "Qəbələ" turnir cədvəlində 12 xalla beşinci, "Keşlə" isə 9 xalla yeddinci pillədə qərarlaşıb.

Günün digər matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. "Qarabağ" Premyer Liqanın debütantı "Sabah"ın müqavimətini qırmağa çalışacaq. Komandalar arasındakı yeganə matç ilk dövrədə reallaşıb. Ağdam klubu səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib.

"Qarabağ" 23 xalla ikinci, "Sabah" isə 16 xalla dördüncü yerdədir. 

24 noyabr (şənbə)

16:30. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyun ilə yekun vurulacaq. "Səbail" "Neftçi"ni, "Zirə" isə "Sumqayıt"ı qəbul edəcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
947

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2769

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2637

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1953

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1251

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1933

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2737

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
85

ABŞ yeni hipersəsli raket hazırlayacaq

20

İyun
15:50
DÜNYA
1679
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 21:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru