Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
16:49
1805
Gələn il sinxron tərcümə edə bilən qulaqlıqlar satışa çıxarılacaq

Çinin “Timekettle” startapı sinxron tərcümə funksiyasına malik “WT2” adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir.

Qulaqlıqlar görünüşcə “AirPods”a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır.

Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir:

avtomatik – real vaxt rejimində ünsiyyəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur);

əl rejimi – hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir);

sual rejimi – yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir).(ictnews)

Məqalədə : WT2 in-ear translator 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
73

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
154

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2097

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
497

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
167
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 18:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru