Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
14:13
Bakıda piyadanı `Hummer`lə vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadaları vurub öldürərək hadisə yerindən qaçan sürücülər tutulublar.  

Daxili İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 17-də Bakı şəhər sakini Elman Salehovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hummer H-3” markalı avtomobilin sürücüsü saxlanılıb.

Bundan başqa, noyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Maştağa qəsəbə sakini Elvira Əlirzayeva vurulub və o, xəstəxanaya yerləşdirilib. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin və Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Binə qəsəbə sakini Hicran Həsənov olması müəyyən edilərək saxlanılıb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Eyni zamanda noyabrın 22-də saat 6 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 25-30 yaşlı kişi vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilərək saxlanılıb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə : Bakı piyada 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20247

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18852

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20202

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19783

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25311

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19766

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19931
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 22:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru