Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2018
16:18
Günəşin “ekizi” tapılıb - VİDEO

Beynəlxalq Alimlər Qrupu  Günəşin “ekizini” müəyyənləşdiriblər. FaktXeber.com-un KP-yə istinadla verdiyi məlumata görə,  mütəxəssislər  qalaktikanın o biri başında oxşar xüsusiyyətlərə malik ulduz aşkarlayıblar.

Ümumiyyətlə, elm adamlarının fikrincə Kainatda ulduzların əksəriyyəti bir dumanlıqdan cüt-cüt yaranırlar. Elə bu məlumatı əsas götürən araşdırmaçılar Günəşin “ekizini” axtarmağa çalışıb.

Araşdırmalardan aydın olub ki, analoji ulduz Yerdən 184  işıq ili uzaqlıqdadır. Sarı cırtdan səthi təqribən eyni temperatura, oxşar kimyəvi tərkibə malikdir, lakin Günəşdən bir neçə dəfə böyükdür.

Maraqlıdır ki, hər iki ulduzun “doğum tarixi” təqribən eynidir – təqribən 4,5 milyard il əvvəl yaranıb.

Bu ixtira ilə bağlı daha bir nəzəriyyə irəli sürüblər. Ehtimallara görə, Günəşin “ekizinin” yanında Yerin də “ekizi” ola bilər. Mütəxəssislər yaxın günlərdə bu planetin axtarışına başlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Günəş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com