Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
12:32
1029
Rüfət Dadaşov: `Kosovo ilə çox qaynar bir duel olacaq`

"Çox qaynar bir duel olacaq. Kosovo çox güclü komandadır, yaxşı oyunçuları var. "Şalke”nin sabiq futbolçusu Donis Avdiyay da rəqibimizin heyətindədir. Ancaq biz də çox inamlı mübarizə aparacağıq”. Qol.az-ın xəbərinə görə, bu sözləri "Bild”ə açıqlamasında millimizin üzvü  Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Almaniyanın "Proyssen” klubunda çıxış edən 27 yaşlı hücumçu Farer adaları ilə Bakıda keçirilən görüşün (2:0) 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub: "Matçın əvvəlində sarı vərəqə almışdım. Ona görə də baş məşqçi riskə getmək istəmədi. Çünki Kosovo ilə görüş bizim üçün çox vacibdir”.

Qeyd edək ki, yığmamız Kosovo ilə sabah səfərdə vacib oyuna çıxacaq. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a vəsiqə qazanmaq üçün mütləq liderə qalib gəlməlidir.

Məqalədə : Azərbaycan yığması 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
621

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1694
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 11:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru