Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
16:32
1578
Kərkük nefti Türkiyə üzərindən yenidən ixraca başladı

İraqın Kərkük şəhərindəki quyulardan çıxarılan xam neft təxminən 1 il fasilədən sonra yenidən Türkiyə vasitəsilə ixraca başlayıb. FaktXəbər bildirir ki, bu barədə "Sputnik" agentliyinə İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad açıqlama verib.

"Gündəlik təxminən 50-100 min barrel neft Kərkükdən Ceyhan limanına ixrac edilməyə başlayıb",-deyə Asim Cihad vurğulayıb.
 
Kərkük və digər bölgələrdəki neft yataqları təxminən 3 il ərzində İraq Kürd Regional Birliyinə bağlı Peşmərgə qüvvələrinin nəzarətində olub. 25 Sentyabr 2017-ci ildə Kürdüstanın müstəqillik referendumuna getməsindən sonra İraqın mərkəzi hökumətinə bağlı qüvvələr Kərkük və digər mübahisəli ərazilərə əməliyyat keçirib. İraq hökuməti Kərkük və digər bölgələrdə nəzarəti təmin etdikdən sonra İraq Kürd Regional Birliyinin Ceyhan limanına göndərdiyi nefti dayandırmışdı.

Məqalədə : neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
224

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
123
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 07:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru