Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
12:57
`Tramp insan haqlarını bir kənara ataraq silah ticarətini üstün tutdu`

Beynəlxalq rabitə müşaviri, strateq və "Hillari Doktrina" kitabının müəllifi Patrisiya Leidl səudiyyəli jurnalist Camal Kaşıkçının qətlinə münasibət bildirib. FaktXəbər-in məlumatına görə, kanadalı mütəxəssis "Anadolu" agentliyinə müsahibəsində deyib ki, Qaşıqçının ölümü Yəməndəki müharibə və silah ticarəti arasındakı əlaqəni ortaya çıxarıb.

"Mənim ölkəm Kanada da Səudiyyə Ərəbistanı ilə 12 milyard dollarlıq silah ticarəti ilə bağlı razılaşma imzalayıb. Castin Trudeau Qaşıqçı hadisəsindən sonra bu müqaviləni ləğv etməyin Kanadaya 1 milyard dollara başa gələcəyini ifadə edib. Kanada demokratik bir ölkədir. Ancaq Kanadada yaxın zamanda aparılan sorğular, əhalinin çoxunun Yəməndə mülki şəxsləri öldürən silah ticarətinin demokratiyanı riskə atdığını düşündüyünü göstərir",-deyə Patrisiya Leidl vurğulayıb.

Kanadalı strateq daha sonra deyib ki, Donald Tramp insan haqlarını bir kənara qoyaraq silah ticarətini üstün tutur: "Qaşıqçının öldürülməsi Ərəbistanı və qaranlıq silah ticarətini ön plana çıxardı. Hadisələrə strateji baxışı üçün bu çox mühümdür. Dünyanın ən böyük güclərindən Amerikanın prezidenti Donald Tramp deyir ki, Səudiyyə problem yaşamaq istəmədikləri sahənin silah ticarəti olduğunu deyir. Qaşıqçı hadisəsində də Tramp insan haqlarını bir kənara ataraq silah ticarətini qorumağı üstün tutub. Amerika tarixində ilk dəfə bir prezidentin ər-Riyadı açıq şəkildə tənqid məsələsində könülsüz davranması Səudiyyə Ərəbistanının Amerikanın silah ticarətinin bir nömrəli alıcısı olduğunu göstərir. Bu vəziyyət Amerika xarici siyasətinin qaranlıq sənaye (silah sənayesi) ilə necə viran olduğunu göstərir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com