Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
11:17
Bakıda uşaqların döyüldüyü bağçanın müdirinin məhkəməsi başlayır

Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə məhkəmə iclası noyabrın 23-nə təyin edilib.

FaktXeber.com-un məlumatına görə, hazırlıq iclası Yasamal Rayon Məhkəməsində keçiriləcək. Cinayət işi hakim Hüseyn Səfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Nigar Müseyibovaya Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalmasından sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.

Xatırladaq ki, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb.

Bağçanın müdiri N.Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kids studio 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com