Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
15:48
`Brain Ring` izlə hədiyyə qazan!

“Nar”-ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının 12-ci mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, yarışın yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər. 

Oktyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Fərhad Məmmədli, Rəfi Əsgərli, Elvin Abbasov, A.Abbasovadır

Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar bilik mübarizəsi aparırlar. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.   

Ətraflı məlumatı https://twitter.com/salam_nar hesabından əldə etmək mümkündür. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Brain Ring nar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com