Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
16:46
1814
`C.Hacıyev, F.Məmmədov və R.Aslanlının mülkləri satılaraq pulları şəhid ailələrinə verilsin`

 “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 24 min insan şəhid olub. Onlar evini, maşınını satıb ov tüfəngi, avtomat alaraq ermənilərə qarşı döyüşərək şəhid olub. Şəhid olanların hər birinə 11 min manat birdəfəlik ödəmə verilsə, bu, 264 milyon manat edir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

“Dövlət büdcəsində müəyyən problemlərin, məhdudiyyətlərin olduğunu bilirik. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Londonda olan mülkləri, sabiq vergilər naziri Fazil Məmmədovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”, - deputat əalvə edib./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
613

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1675
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 06:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru