Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
09:33
Həmasın raketləri İsraili qorxuya salıb - VİDEO

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudranın verdiyi yazılı açıqlamada İsrail rejiminin dünən axşam Qəzzanın cənubundakı Rifah şəhərinə qarşı hücumunda yaralanan bir fələstinlinin şəhid olduğunu bildirib. Bununla dünəndən bu yana şəhid olanların sayı 4-ə yüksəlib.

FaktXəbər-in məlumatına görə, Kudra 8 yaralının sağlamlıq vəziyyəti haqqında ətraflı danışmayıb.

İsrail təyyarələri bir neçə saatlıq fasilədən sonra Qəzzaya yönəlmiş hücumlarına yenidən başlayıb. Son hücumlarda Qəzzanın qərbində hökumətə aid bir polis mərkəzi ilə İslami Cihadın Xan Yunis və Deyr əl-Bəlah şəhərlərindəki iki hərbi mövqeyi hədəf alınıb. Hücumlarda insan tələfatı olmayıb.

İsrail rejiminin bundan əvvəlki hücumlarında aralarında Əl-Əqsa Televiziyasının da olduğu 6 binanın dağılmasına səbəb olmuşdu.

Digər tərəfdən, İsrail tərəfi açıqlayıb ki, Qəzzadan İsrailin cənubuna atılan raketlər nəticəsində 30 nəfər yaralanıb.

Qəzza zolağından atılan raketlərə görə sərhədə yaxın bölgələrdə yerləşən yəhudi yaşayış məntəqələrində qorxu və panika başlayıb.

Atılan raketlərdən ən çox zərər çəkən İsrailin cənubundakı Aşkelon yaşayış məntəqəsidir.

İsrail təcili yardım xidmətindən bildirilib ki, dünən axşamdan bəri Qəzzadan atılan raketlər nəticəsində 53 israilli yaralanıb.

Rejimin müdafiə nazirliyi açıqlayıb ki, Qəzzadan 370 raket atılıb. Onlardan sadəcə 100 raket "Dəmir qübbə" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Qeyd edək ki, son 2 gündə qarşılıqlı hücumların başlanmasına səbəb İsrail əsgərlərinin Qəzzaya hücum edərək bir Həmas rəsmisini öldürməsidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fəlsətin İsrail Qəzza 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com