Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
15:43
Prezident Metropoliten əməkdaşlarını təltif edib - SİYAHI

Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

FaktXəbər-in məlumatına görə, sərəncamla Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdusəmədov Qurban Əli oğlu

Əmrahov Rasim Zeyqəm oğlu

Mehtiyev Rafail Mehti oğlu

Mirzəliyev Əbülfəz Bağman oğlu

Tahirov Xaləddin Şərif oğlu.

Bundan başqa, dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com