Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
12:38
Daş karxanalarında aparılan monitorinqlərin nəticələri açıqlanıb

"İstifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, həm də ayrı-ayrı bölgələrdə yerləşən daş karxanalarında monitorinqlər aparılıb".

Bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri İlham Pənahov deyib.

Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, daş karxanalarında hazırda istifadə edilən avadanlıqlar sovet dövründə istehsal olunub və vaxtı keçib: "Karxanalarda istifadə olunan avadanlıqların çoxu tam aşınıb. Bəzi yerlərdə avadanlıqlar təhlükəsizlik tələblərinə cavab vermir. Heç bir ekoloji tələb gözlənilmir, ekoloji mühitə dəyən zərərin qarşısı alınmasa gələcəkdə vəziyyət daha da pis olacaq".

İ.Pənahov qeyd edib ki, daş karxanalarında elə də çox və çeşidli avadanlıqlara ehtiyac yoxdur: "Karxanalarda 3-4 adda avadanlıq tətbiq olunur ki, onları da günün tələblərinə cavab verən yeni avadanlıqlarla əvəz etmək lazımdır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Daş karxanaları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com