Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
12:10
Yəməndə 200-dən artıq Səud əsgəri məhv edilib

Əl-Hadidə limanında 200-dən artıq səudiyyəli əsgər məhv edilib. FaktXeber.com-un ərəb mediasına istinadla verdiyi məlumata görə, bu barədə Yəmən Ordusunun sözcüsü Yəhya Seri bəyan edib.

Məlumatda deyilir ki, 2018-ci ilin əvvəlindən bəri işğalçı Səud regimi və müttəfiqləri Yəmənin  əl-Hadidə limanını ələ keçirmə səyləri Yəmən ordusunun və xalq könüllülərinin müqaviməti ilə uğursuzluğa düçar edilib. 

Əl-Hadidə Qırmızı dəniz sahillərində strateji əhəmiyyətə malik  ərazidir və humanitar yardımların  Yəmənə çatdırılması üçün tək yerdir. Ölkəyə gətirilən dərman, qida və tibbi ləvazimatlar kimi ən təməl yardımların 70 faizi buradan həyata keçirilir.

Yeri gəlmişkən qeyd edək ki, dünən  Yəmən ordusu və xalq könüllüləri ölkənin şimalında Əl-Həsamə bölgəsində Səudiyyə Ərəbistanına məxsus bir PUA-nı məhv ediblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com