Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
09:30
Belçika XİN: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir

“Dağlıq Qarabağa səfər edən Jan-Jak Flao (Jean-Jacques Flahaux) Belçika Parlamentinin üzvü olsa belə Belçika dövlətini təmsil etmir”.

Bildirilib ki, Belçika dövləti üçün Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. 1994-cü ildə atəşkəs əldə edildikdən etibarən özünü birtərəfli surətdə müstəqil elan etmiş bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb: “Bu dövrdən etibarən Belçika münaqişənin hər iki tərəfin razılığı əsasında sülh yolu ilə həlli üçün Minsk qrupunun səylərini dəstəkləyir”.

Xatırladaq ki, bu il oktyabrın 30-da Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Belçika XİN 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com