Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
15:11
Dövlət Komitəsində köçkünlərin növbəti qəbulu keçirilib

Noyabrın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

FaktXəbər bildirir ki, vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, həmçinin komitənin digər rəhbər işçiləri fərdi qaydada qəbul ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi, vahid aylıq müavinətin verilməsi, kommunal xidmətlər və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə bir daha izah edilib ki, onların sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bununla əlaqədar müəyyənləşdirdiyi vəzifələrin, verdiyi tapşırıqların icrası təmin edilir, müasir tipli yeni yaşayış kompleksləri salınır,  məşğulluq imkanları genişləndirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakıda və Sumqayıtda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini şəxsən nəzarətdə saxlayır. Ölkəmizin sosial-iqtisadi inkişafındakı uğurlar məcburi köçkünlərin də rifahının yüksəldilməsi üçün möhkəm zəmin yaradır.  

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com