Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

06 Noyabr

2018
14:32
1834
Şəhid ailələri yenidən etiraz aksiyası keçiriblər - VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanlardan bəzilərinin yaxınları şikayətlərini davam etdirirlər.

Onlardan bir qrup şəxs bu gün, noyabrın 6-da metronun «Sahil» stansiyasından piyada Prezident Administrasiyasının qarşısına gəliblər.

Ailə üzvlərinə döyüşlərdə həlak olanların şəkillərini başları üzərində tutmağa imkan verməyiblər. Polis deyib ki, kütləvi yox iki-iki, üç-üç hərəkət etsinlər.

«Biz bunu hüquqlarımızın tapdanması, şəhid adına hörmətsizlik kimi dəyərləndiririk. Biz dövlətin bizə verəcəyi 11 min manat müavinəti istəyirik»,-deyə şikayətçilərdən biri deyib.

Ancaq şikayətçilər Prezident Administrasiyasının qarşısına gəlib çatıblar.

Xatırladaq ki, prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Məqalədə : Şəhid Ailələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
925

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1083

Sabaha olan hava proqnozu açıqlanıb

25

Aprel
13:50
ÖLKƏ
96
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 18:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru