Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
16:49
Skutoid – Yeni hüceyrə, yeni… həndəsi fiqur - FOTO

Adama elə gəlir ki, elm və texnologiyanın inkişaf etdiyi müasir dövrdə canlı orqanizmdə öyrənilməmiş heç nə yoxdur, varsa belə bu ancaq molekul və onun kimi birləşmələr səviyyəsindədir. Lakin belə deyilmiş.

FaktXeber.com bu gün Sizə yeni kəşf olunan hüceyrə və ona uyğun ixtira edilən yeni həndəsi fiqur barədə məlumat verəcək.

Bir müddət əvvəl ABŞ və İspaniyadan olan alimlər yeni hüceyrə tipini aşkarlayıblar. Ən maraqlısı isə onların forması olub. Belə ki, onun forması bu günə qədər elmdə məlum olmayan şəkildədir. Bu səbəbdən yeni forma yeni ad alır: Skutoid.

Yeni forma epitelin hüceyrələrində görülüb. Məlum olub ki, strukturun elastikliyini və sıxlığını məhz elə skutoidlər təmin edir.

Əvvəllər düşünülürdü ki, epitel hüceyrələri prizma, ya da kəsik piramida şəklində olur. Lakin hesablamalarda bu düz gəlmirdi. Bu səbəbdən müəlliflər hüceyrənin dəqiq quruluşunu  modelləşdirmək qərarına gəlirlər. Bunun üçün Voronoy diaqramından istifadə olunur. Model göstərdi ki, sıx hüceyrədə  nəinki prizma və kəsik piramida formasında, həm də daha mürəkkəb formalı  hüceyrələr iştirak etməlidir. Tələb olunan funksiyanı yerinə yetirmək üçün hüceyrə bir tərəfi üçbucaq formasında olan 5, yaxud 6 üzlü olmalı idi.

Anatomik strukturları daha təfərrüatla araşdırarkən məlum olub ki, skutoid həqiqətən də bəzi canlı varlıqların hüceyrələrində mövcuddur.

Alimlər hesab edirlər ki, çox az yayılmış həndəsi quruluşların yeni ixtiraları transplatasiya üçün süni orqanların hazırlanması metodunun mükəmməlləşməsinə imkan verəcək.

Məqalədə : Skutoid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18739

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17347

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18747

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18297

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23816

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18241

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18365
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 15:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru