Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
14:27
“Samsung Galaxy S10”nun təqdimat tarixi açıqlanıb

“Samsung” şirkəti “Beyond” kod adlı qabaqcıl “Galaxy S10” smartfonunu fevralın 25-28-də Barselonada (İspaniya) keçiriləcək “Mobile World Congress” sərgisində təqdim edəcək.

Məlumata görə, “Galaxy” istehsal xəttinə aid ən ucuz model 5,8 düym diaqonallı ekran, tək kamera və yan panel daktiloskopik skaneri ilə təchiz ediləcək. Yeni qurğunun əsas rəqibi kimi “iPhone XR” smartfonu qeyd edilir. Orta səviyyəli “Samsung Galaxy S10” modeli eyniölçülü elastik ekran, üç kamera və ekran altında skanerə malik olacaq. Ən böyük modelin ekran ölçüsü 6,4 düym diaqonal təşkil edəcək.

Bildirilir ki, “5G” texnologiyasını dəstəkləyən model “Samsung Galaxy S10X” adlanacaq.

“Samsung” şirkətinin mərasimdə smartfonla yanaşı, digər qurğular, məsələn, 360 dərəcədə yüksək təsvir ölçülü video çəkən kamera nümayiş etdirəcəyi istisna edilmir.

Cənubi Koreya istehsalçısı artıq neçənci dəfədir yeni qurğuların təqdimatı üçün “Mobile World Congress” sərgisini seçir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Samsung Galaxy S10 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 16:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com