Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2018
14:40
1405
`Qarabağ`ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərir

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliyanın “Sportinq” komandasının baş məşqçisi Joze Pezeyru istefaya göndərilə bilər.

Klub rəhbərliyi 58 yaşlı mütəxəssisi postundan uzaqlaşdırmaq fikrində qətidir. Onun yerinə iki namizədin gözdən keçirildiyi bildirilir.

Söhbət fransalı Leonardu Jardim və portuqaliyalı Paulu Souzadan gedir. Bu məşqçilər ötən ay müvafiq olaraq Fransanın “Monako” və Çinin “Tyantszin Tsyuantszyan” komandalarını tərk ediblər.

“Sportinq” noybarın 31-də Liqa Kubokunun qrup mərhələsinin II turunda evdə I Divizion təmsilçisi “Eştoril”ə uduzub – 1:2. Azərbaycan millisinin futbolçusu Renat Dadaşov rəqib komandanın heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Lissabon təmsilçisi Premyer Liqada 8 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
77

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1340
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru