Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2018
12:05
Rusiya, Hindistan və İran Suveyş kanalına alternativ yaradacaq

Rusiya, Hindistan və İran noyabr ayında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasını müzakirə edəcək. FaktXebercom-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Press TV xəbər verib.

Məlumata görə, dəhlizin uzunluğu 7,2 min km olacaq. Yeni layihədə həm dəmiryolu, həm də su nəqliyyatı işə düşəcək. Mallar Hindistandan Fars körfəzində İranın Bəndər Abbas şəhərinə, ordan Xəzər dənizinin sahilində Bəndər Ənzəliyə, ordan dənizlə Həştərxana, sonra isə dəmiryolu ilə Avropaya çatdırılacaq.

Dəhliz Süveyş kanalına daha qısa və ucuz alternativ olacaq: Yük daşınmasına sərf olunan vaxt və dəyər 30-40 faiz azalacaq.

Yeni yolla ilk sınaq 2014-ü ildə aparılıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Süveyş kanalı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com