Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
13:56
Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Noyabrın 11-də Yerdən 38 milyon kilometr aralı 2015 TB145 adı ilə qeydə alınmış asteroid keçəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından FaktXeber.com-a  bildirilib ki, bu obyekt 2015-ci il oktyabrın 10-da Pan-STARRS rəsədxanasının teleskopu vasitəsilə kəşf olunub. 20-ci ulduz ölçüsündə müşahidə olunan asteroid “Halloween” bayramında keçdiyi və insan kəlləsinə oxşadığı üçün qeyri-rəsmi olaraq “Halloween” adı ilə tanınıb.

Asteroidin diametri 600-700 metr ətrafındadır. Günəşətrafı fırlanma dövrü 1120,794 gün (3,04 il), öz oxu ətrafında fırlanma dövrü isə 5 saatdır.

Havay arxipelaqında yerləşən Mauna-Kea rəsədxanasının infraqırmızı teleskopu vasitəsilə alınmış materiallar əsasında alimlər belə nəticəyə gəliblər ki, bu səma obyekti “ölmüş komet”dir, yəni bütün uçucu maddələrini itirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : asteroid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 16:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com