Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
15:20
XİN başçılarının İstanbul bəyannaməsi qəbul olunub

Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və David Zalkalianinin İstanbulda keçirilən üçtərəfli görüşünün sonunda bəyannamə qəbul olunub.

Dolmabağça sarayında baş tutan danışıqlar yekunlaşandan sonra XİN başçıları mətbuat konfransı keçiriblər.

M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunub. O deyib ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını zəruri sayır və bu məsələ hər zaman rəsmi Ankaranın gündəmində olub.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Türkiyəyə təşəkkür edib.

Nazirlərin mətbuat konfransında üç ölkənin həyata keçirdiyi enerji layihələrinə toxunublar və üçtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : xin Türkiyə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 00:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com