Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
15:15
Baqirinin Azərbaycana səfəri təxirə salındı

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqirinin Azərbaycana səfəri, onun iş qrafikində baş vermiş dəyişikliyə görə təxirə salınıb.

Trend-in İranın Azərbaycandakı səfirliyindən aldığı məlumata görə, səfərin yeni tarixi tərəflər arasında razılaşdırıldıqdan sonra elan olunacaq.

Qeyd edək ki, bu gün İran KİV İranın Silahlı Qüvvələri Baş Qərargahının ictimai əlaqələr şöbəsinə istinadla Azərbaycan müdafiə nazirinin rəsmi dəvəti əsasında general Məhəmməd Baqirinin hərbi heyətin müşayiəti ilə Azərbaycana səfər edəcəyini bildiriblər. Bu, M.Baqirinin Azərbaycana ilk səfəri olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məhəmməd Baqiri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com