Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
14:25
Xaləddin İsgəndərovun rəhbərlik etdiyi tikililərdə yoxlamalar aparılır

Binəqədi rayonunda ciddi yoxlamalar başlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısını əvəz edən Eldar Əzizovun göstərişi ilə başladılan yoxlamalarda əsasən qanunsuz tikililər araşdırılır. Məlum olub ki, Binəqədi ərazisində saysız-hesabsız qanunsuz tikililər var. Tikinti aparılması qadağan olunmuş ərazilərdə Binəqədi rayon İcra Hakimiyyətinin icazəsi ilə evlər, iaşə obyektləri inşa edilib. Bunların çoxu Neft Şirkətinin ərazisi, yaşıllıq zonalarda aparılıb. Araşdırma qrupu bu tikililərin siyahısını hazırlayır, saxta sənənədlərin verilməsində İcra Hakimiyyəti ilə yanaşı başqa hansı qurumların iştirak etdiyini araşdırır. Araşdırma aparıldığı üçün rayon ərazisində demək olar ki, bütün tikinti və sənədləşmə işləri dayandırılıb. 

Məlum olduğu kimi, bu tikililərin böyük hissəsi 2012-ci ildən rayona rəhbərlik etmiş Xaləddin İsgəndərovun vaxtında aparılıb. Buna görə də yoxlamalar yekunlaşandan sonra sabiq başçının aidiyyəti qurumlar tərəfindən sorğu-suala çəkiləcəyi şübhə doğurmur.(bakıpost.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Xaləddin İsgəndərov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com