Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

29 Oktyabr

2018
10:40
1498
`Süd bəhanədir, ulaq ətini realizə edib ortaya çıxaracaqlar`

“Azərbaycan belə mənasız reklamlarla dünya tibb elminin üzünə tüpürüb”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bidirib. Onun sözlərinə görə, eşşək südü, eşşək fermasının reklamı Azərbaycanda tibbin omadığını sübut edən məqamlardan biridir.

Müsahibimiz hesab edir ki, eşşək südünü tərifləyən insanlar elmi tədqiqat jurnallarında eşşək südünün nəyəsə faydası olduğunu sübut edən məqalələrlə çıxış etməlidilər: “Əgər onlar bunu etsələr, mən də o zaman onlardan üzr istəyərəm. Bunların hamısı populist, insanları aldadan bir jestdir. Təbii üsullarla müalicə ilə akademik müalicə hər zaman bir-birini inkar edir. Elm həddən artıq irəliləyib. O adamlar belə üsulların ardınca gedir ki, onların ya yeni tibdən xəbərləri yoxdur, ya da yerli tibbə inamları yoxdur. Ölkədə qanun qəbul etməyə gücüm olsa, qərar qəbul edərdim ki, məmurların xaricdə müalicəsinin qarşısı alınsın. Bununla da yerli tibbə olan inamsızlıq aradan qalxardı”.

E.Hüseynov bildirib ki, xarici ölkələrdə eşşək südünün faydalı olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Müsahibimiz bu fikirlərini fərqli arqumentlərlə əsaslandırmağa çalışıb: “Hansı Avropa ölkəsi istəyər ki, təqaüdçüləri çox yaşasın? Kim kimin beynini necə yuyur, özü bilər. Elmi ədəbiyyata nə mane olur ki, eşşək südünün faydalı olması ilə bağlı araşdırmaları ortaya qoysun? Baryer nədir? Eşşək ferması açan tədqiqat jurnalını qoysun ortaya”.

Müsahibimiz, eyni zamanda, daha bir bəyanatla çıxış edib. Deyib ki, əgər Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə də, şəxsən özü əhalini boykota çağıracaq: “İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan eşşəyin haram buyurulduğu ölkədir. Belə bir şəraitdə onun südünün satılması doğru deyil. Süd bəhanədir. Eşşək ətini realizə edib ortaya çıxaracaqlar. Bir azdan onun ətindən kolbasalar satılacaq. Necə ki, alabaş kolbasası çıxacaq. Eşşək gündə 150 qram süd verən heyvandırsa, hansı rentabellilikdən söhbət gedir? Eşşək çox az xərc tələb edən heyvandır. Bu da sübut edir ki, eşşək fermasının açılması ideyası eşşək ətinin bazara çıxarılması üçün bir mərhələdir. Azərbaycanda donuz ferması açmaq nə qədər doğru deyilsə, eşşək ferması da o qədər doğru deyil”.

AİB sədri hesab edir ki, eşşək fermasının fəaliyyətinə icazə veriləcək. Onun fikrincə, ölkədə azad, liberal bazar var. “Sabah istehlakçının it ətinə tələbatı olsa, onu da satacaqlar” deyən müsahibimizə görə, xəstə insanların eşşək südü alması heç də onun faydalılığını sübut etmir: “Xəstə insanlar bu süddən istifadə edir. Hər şeydən ümidini üzən insanın ondan istifadəsi mümkündür. Amma bu, göstərici deyil”. ("Yeni Müsavat")

Məqalədə : Eyyub Hüseynov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
175

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
62
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 07:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru