Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2018
20:42
Dövlət Agentliyinə məxsus avtomobil qəzaya düşüb - VİDEO
Xəsarət alanlar var

Zaqatala rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin şəxsiyyəti müəyyənləşib. 

Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Mənsur Əlizadə oğlu Ağayevin idarə etdiyi Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "Mitsubishi" markalı avtomobil Zaqatala rayonunun Göyəm kənd sakini Zaur Cəbrayıl oğlu Borayevin idarə etdiyi "VAZ-2106” markalı avtomobillə toqquşub. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların hazırda həkim nəzarəti altında olduğu bildirilir. Qeyd edək ki, hadisə bu gün gönorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Bildirilir ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.

Faktla bağlı araşdırma aparılır/Report

Məqalədə : Dövlət Agentliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3710

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2723

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2127

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1841
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 16:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru