Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2018
12:30
`Titanik`in oxşarı tarixi marşrutu təkrarlayacaq-VİDEO

Blue Star kompaniyası 2022-ci ilə kimi  Britaniyanın məşhur "Titanik" gəmisinin oxşarını tikmək və suya buraxmaq niyyətindədir. Fakteber.com-un məlumatına görə, bu barədə Evening Standart xəbər verib.

"Titanik II" adını alan yeni gəmi  orijinalının Atlantik okeanı üzərindən marşrutunu təkrarlayacaq.

Layner Çində inşa edilir. Onda orijinal "Titanik"in daxili qurluğarı ilə tamamilə eyni olacaq. Bununla yanaşı, bütün təhlükəsizlik tədbirlərini nəzərə alaraq onu müasir naviqasiya sistemi ilə təchiz etmək planlaşdırılır. Bundan başqa göyərtədə orijinaldakı kimi 2400 sərnişin və 900 heyət üzvü olacaq.

Xatırladaq ki, “Titanic” 1912-ci il aprelin 10-da Sauthemptondan Nyu-Yorka ilk və sonuncu səfərinə çıxmışdı. Gəmi aprelin 14-dən 15-nə keçən gecə Şimali Atlantikada aysberqlə toqquşaraq 2 saat 40 dəqiqədən sonra batmışdı. Qəza zamanı təxminən 1,5 min nəfər həyatını itirmiş, 712 sərnişin və ekipaj üzvü isə xilas ola bilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Titanik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 17:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com