Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
15:28
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq

Azərbaycanda 2019-ci il dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği ötən illə müqayisədə artırılıb.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində ümumilikdə müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir.

Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır.

Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2,8 milyon manat, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə təqribən 1,4 milyard manat nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği təqribən 2,9 milyard manat təşkil etmişdi.(Trend)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : müdafiə xərcləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com