Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

23 Oktyabr

2018
10:43
1307
Nazirlər Kabinetinin saytı rus dilində

Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb. Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib və onun ən son internet texnologiyaları əsasında mükəmməl dizaynı hazırlanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, bu günlərdə saytda daha bir yenilik olub. Belə ki, saytın rus dilində versiyası fəaliyyətə da başlayıb. Bununla da Nazirlər Kabinetinin saytı dövlət qurumları arasında xarici dillərdə də bölməsi olan qurumların siyahısına əlavə olunub. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında hökumətlərin rusdilli informasiya resursunun olması xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud deyildi.

Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.

Həmçinin bütün bunlar barədə indi “Twitter” sosial şəbəkəsindən də operativ məlumat əldə etmək mümkündür. Hazırda Nazirlər Kabinetinin “Twitter” səhifəsindən (@AzerbaijanNK3‏) dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.

Məqalədə : Nazirlər Kabineti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

26

Aprel
11:38
İQTİSADİYYAT
45

Ramil Usubov polkovniki işdən çıxardı

26

Aprel
11:13
HÜQUQ,HADİSƏ
65

Bu ərazilərdə işıq olmayacaq

26

Aprel
10:48
ÖLKƏ
38

Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək

26

Aprel
10:44
AİLƏ, SAĞLAMLIQ
1535

Azərbaycan neftinin qiyməti 77 dolları keçib

26

Aprel
09:34
İQTİSADİYYAT
71

DTX və polis Zaqatalada əməliyyat keçirdi

26

Aprel
09:27
HÜQUQ,HADİSƏ
62
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 11:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru