Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2018
13:31
İraq sərhəddində Ərbəin avtobuslarından 2500 dollar pul alınır-SƏBƏB

İraq sərhəddində İrandan keçən Ərbəin avtobuslarından 2500 dollar sığorta pulu depozit kimi götürülür. Qayıdanda isə təqribən 200 və daha artıq çıxmaqla, 2000-2300 dollar qaytarılır. FaktXeber.com-a bu barədə Ərbəin səfərində olan zəvvarlarldan biri məlumat verib.

Onun sözlərinə görə, sürücülər pulun bata biləcəyindən də qorxurlar.

Qeyd edək ki, rəsmi idarələr depozitə səbəb kimi vergidən yayınmanın qarşısını almağı göstərirlər. Belə ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən avtobusla gedən bəzi sürücülər sərhəddi keçəndən sonra orda avtobusu satıb qayıdırlar. Beləliklə də, vergi ödəmirlər. Məlumatlara görə, keçirilən əməliyyatlar nəticəsində onlardan bəziləri həbs olunub. Saxlanılanlar arasında azərbaycanlılar da olub.

Bu səbəbdən belə hadisələrin qarşısını almaq üçün depozit qoymaq kimi tədbirlər görülür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ərbəin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com