Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
12:20
Cəlilabadda fəhlələr uçqun altında qaldı: ölən var

Cəlilabad rayonunda iki fəhlə tikinti sahəsində uçan divarın altında qalıb. Hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.

Belə ki, ötən gün kənd sakini Quliyeva Sevil Mansur qızına məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilidə söküntü işləri aparan zaman tikintinin divarı rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu və 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlunun üzərinə aşıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, Emin İsmayılov aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : fəhlə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com