Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
09:45
Kerçdə kollecdə qurbanların sayı 20-yə çatdı

Kerçdə Politexnik kollecdə həlak olanların sayı 20-yə yüksəlib. FaktXeber.com-un məlumatına görə, bu barədə TASS agentliyi şəhər administrasiyasının nümayəndəsi  Dilavər Melqazhiyevə istinadla bildirib.

O, həmçinin bütün qurbanların identifikasiya oldunduğunu bildirib.

Xatırladaq ki, dünən silahlı yeniyetmə Vladislavi Roslyakov tənəffüs zamanı texnikuma daxil olaraq ikinci mərtəbəyə qalxıb və tələbələrə atəş açıb. Güllələri qurtardıqda isə birinci mərtəbəyə düşərək əldəqayırma bombanı partladıb. Sonra isə özünü güllələyib.

Son məlumatlara görə, qətliam nəticəsində 15 tələbə və kollecin 5 əməkdaşı həlak olub. Bundan başqa, 44 nəfər yaralanıb. Onlardan 12-si reanimasiya şöbəsindədir. 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kerç 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com