Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
12:21
Əhvaz terrorunun təşkilatçısı məhv edildi

Sentyabrda İranın Əhvaz şəhərində parad zamanı törədilən terrorun təşkilatçısı  İraq Təhlükəsizlik Qüvvələri tərəfindən məhv edilib. FaktXeber.com-un Mehrco-ya istinadla məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu elan edib.

Məlumatda deyilir ki, İraq Təhlükəsizlik Qüvvələri  Diyala şəhərində  keçirdikləri xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının səhra komandiri Əbu Zaha və 4 terrorçu məhv edilib. Əhvaz terrornun təşkilatçısı da məhz bu komandir olub.

Xatırladaq ki, sentyabrın 22-də Əhvaz şəhərində hərbi parad zamanı terror aktı həyata keçirilmişdi. Belə ki, tribuna arxasında gizlənən silahlı şəxslər dinc sakinlərə atəş açmışdı. Nəticədə 1-i uşaq olmaqla 29 nəfər həlak olmuş, 60 nəfər isə yaralanmışdı.

Röyters-in məlumatına görə terrorda məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İranda baş verən faciə ilə bağlı danışan Ali lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, törədilən terror aktının arxasında ABŞ-la əl-ələ verən dövlətlər durub və onlar bununla bölgədə hədəflərinə çatmaq istəyirlər:  "Əhvazdakı dəyərli vətəndaşlarımızın şəhid olduğu və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran xalqnın düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əhvaz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com