Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
16:55
Hacıbala Abutalıbov: “Badamdardakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək”

Hacıbala Abutalıbov: “Badamdardakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək”

 “Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.

Bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov qeyd edib ki, söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir

Baş nazirin müavini bildirib ki, sürüşmə ərazisində araşdırılma aparılmalıdır, öyrənilməlidir, sonra nəticəyə gəlmək olar: “Qərara gəlinib ki, ərazidəki quyuların suyu analiz edilsin. Analizlərin nəticəsi oktyabrın 16-da bizə təqdim ediləcək. Bu, bizə kömək olacaq”.

Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə qərargah yaradılıb.(Report)

***

15:28

"Badamdar yolunun yuxarı hissəsində vəziyyət çox gərgindir. Sürüşmə davam edir”.

Bunu Baş nazirin müavini Hacıbala Abutalıbov Modern.az-ın Badamdar şossesindəki son vəziyyətlə bağlı suallarını cavablandırarkən deyib.

H.Abutalıbov qeyd edib ki, hazırda ərazidə yaponiyalı mütəxəssislər çalışır:

“Mən özüm də ərazidəyəm. Yapon mütəxəssisləri müayinələr aparır. Monitorinqin nəticələrindən asılı olaraq, müavfiq tədbirlər görüləcək. Rəy verilsə ki, burada yaşayış mümkün deyil, o zaman evlər söküləcək. Onsuz da hamısı qanunsuz olaraq tikilib”.

Baş nazirin müavininə ötən gün “O evlərin heç birində yaşayış olmamalıdır, ərazidəki torpaq sahələri qanunsuz olaraq satılıb” fikirlərinin ictimaiyyətdə geniş müzakirəyə səbəb olduğunu və ərazilərin məhz onun Bakının meri olduğu dövrdə satıldığını xatırlatdıqda belə deyib:

“Bütün tikililər yoxlanılacaq. Qanunsuz olan nə varsa aşakara çıxarılacaq və müvafiq tədbirlər görüləcək. Heç kimə güzəşt olunmayacaq”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacıbala Abutalıbov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com