Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
11:30
Rusiya və Ermənistan birgə təlim keçirib

Ermənistan və Rusiya hərbçiləri birgə təlim keçirib. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, birgə batalyon taktiki təlimi Alagöz yüksək dağlıq poliqonunda baş tutub.

Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib ki, təlimlər zamanı motoatıcı və tank bölmələrinə ön və ordu aviasiya ekipajları, Cənub Hərbi Dairəsinin artilleriya divizionları dəstək verib.

Qeyd edək ki, Rusiya və Ermənistan qoşunlarının birgə təlimləri oktyabrın 1-8 aralığında baş tutub və iki ölkənin mindən çox hərbçisi, təxminən, 200 ədəd xüsusi hərbi texnikası cəlb olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya-Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 21:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com