Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
10:06
2613
Tramp Kaşıkçının nişanlısını Ağ Evə çağırdı

ABŞ prezidenti Donald Tramp 2 oktyabrdan bu yana yoxa çıxan səudiyyə ərəbistanlı jurnalist Camal Kaşıkçı (Kaşukî) ilə bağlı çıxış edib. FaktXəbər bildirir ki, Tramp çıxışı zamanı deyib ki, bu mövzunu səudiyyəli rəsmilərlə müzakirə edib və qarşı tərəfdən cavab gözləyir.

Donadl Tramp "Washington Post" yazarı Camal Kaşıkçının oğurlanması barədə xəbər verən nişanlısı Xədicə Çingizi də Ağ Evə çağırıb: "Türkiyə ilə yaxın əməkdaşlıq edirik, sonuna qədər gedəcəyik. Camal Kaşıkçının nişanlısını Ağ Evdə görmək istəyirəm".

Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1179

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1881

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2642

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
44

ABŞ yeni hipersəsli raket hazırlayacaq

20

İyun
15:50
DÜNYA
1642

Sabaha 38 dərəcə isti proqnozu

20

İyun
13:23
ÖLKƏ
1566
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 17:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru