Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
16:26
Mursinin kiçik oğlu həbs olundu

Misirin sabiq prezident Məhəmməd Mursinin oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Anadolu Agency Mursinin böyük oğlu Əhmədə istinadla xəbər verib.

Onun sözlərinə görə, hüquqmühafizə orqanının əməkdaşları sübh vaxtı Qahirənin qərbində olan Şeyx Zahid bölgəsindəki evlərinə hücum çəkərək kiçik qardaşı Abdullahı həbs ediblər.

Qardaşının hara apardıqlarını bilmədiyini deyən Əhməd Mursi bir xəbər alacağı təqdirdə KİV-də paylaşacağını vurğulayıb.

Misir rəsmiləri hələ ki, bu xəbərə şərh verməyiblər.

Abdullah Mursi 2014-cü ildə də narkotik vasitələr saxlama ittihamı ilə saxlanılaraq 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamları rədd etmişdi.

Abdullah Mursi ötən il avqust ayında həbsxanada atası ilə görüşdükdən sonra mediada çıxış etmiş, atasının öz fikrini dəyişmədiyini bildirmişdi.

Muhəmməd Mursinin 4 oğlu və 1 qızı var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mursi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 23:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com