Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
12:15
4819
Yeni qəbul qaydalarının üstün tərəfləri - DETALLAR

“Şagird əvvəl buraxılış və qəbul imtahanı da daxil olmaqla,  8  fəndən imtahan verirdisə, yeni qaydalara əsasən, artıq  6 fəndən sınağa çəkiləcək. Bu həm də daha keyfiyyətli qiymətləndirilmə  aparılmasına şərait yaradacaq”

Bu sözləri İctima Tv-ə açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Murad  Əliyev deyib. Onun sözlərinə görə, ənənəvi qaydalarda buraxılış imtahanının nəticələri qəbulda nəzərə alınmırdı:

“Bu ildən buraxılış imtahanlarının nəticələri maksimum 300 balla qiymətləndiriləcək və qəbul imtahanındakı fənlərin sayının azaldılmasına gətirib çıxaracaq. Şagird əvvəl buraxılış və qəbul imtahanı da daxil olmaqla 8 fəndən imtahan verirdisə, yeni qaydalara əsasən, artıq  6 fəndən sınağa çəkiləcək. Bu həm də daha keyfiyyətli qiymətləndirilmə aparılmasına şərait yaradacaq. İmtahan müddətində fənn sayı  nə qədər az olsa, daha keyfiyyətli qiymətləndirmə aparmaq mümkün olur”.

Xatırladaq ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Məqalədə : qəbul imtahanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
82

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1774

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
535

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1633

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1762

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2006

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1302

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
814
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 01:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru