Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
16:59
Bakı Dövlət Universiteti üç beynəlxalq reytinq siyahısında yer alıb

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb. Dünyanın 20 min universitetini araşdıran şirkət siyahıya yalnız 1000 universitetin adını daxil edib.

Bakı Dövlət Universitetindən (BDU) FaktXəbər-ə bildiriblər ki, bu ilin sentyabr ayının nəticələrinə əsasən, Azərbaycandan yalnız BDU reytinqdə 801+ yerdə qərarlaşıb. Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır. Ətraflı məlumatı aşağıda qeyd edilən linkdən oxumaq olar:

Universitetlər

Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq cədvəlində yer tutub. Belə ki, “Round University Ranking” beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir. Bu reytinqdə universitetlər dörd istiqamətdə qruplaşdırılmış 20 indikator üzrə qiymətləndirilir: tədrisin keyfiyyəti (40 faiz), tədqiqatların keyfiyyəti (40 faiz), beynəlmiləlləşdirmə (10 faiz), maliyyə sabitliyi (10 faiz). Reytinq siyahısı ilə aşağıda qeyd edilən linkdə tanış olmaq mümkündür:

Reytinq

Bakı Dövlət Universiteti, eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən “Webometrics”in 2018-ci il reytinq cədvəlinə düşüb. BDU (3.656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5.817 və 6.495-ci yerlərdə qərarlaşıb. Ətraflı məlumatı aşağıda qeyd edilən linkdən oxumaq olar:

"Webometrics" reytinqi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 19:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com