Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
12:05
Azərbaycanın 1222 vətəndaşı Gürcüstanda ikili vətəndaşlıq alıb

Son iki ildə Azərbaycanın 15 vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

Məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, 2016-cı ilin sentyabrın 16-dan 2018-ci ilin avqustun 17-dək olan dövr ərzində 199 Azərbaycan vətəndaşının Gürcüstan vətəndaşlığına xitam verilib.

Azərbaycanın 1222 vətəndaşı isə Gürcüstanda ikili vətəndaşlıq alıb. 

Hesabat dövründə ümumilikdə 15 229 əcnəbiyə Gürcüstan vətəndaşlığı verilib. Onların əksəriyyətini - 6 447 nəfərini Rusiya vətəndaşları təşkil edib. İkili vətəndaşlıq üçün isə 58 143 xarici vətəndaş müraciət edib ki, onların böyük əksəriyyəti41 631 nəfər olmaqla Rusiya vətəndaşları olub.

Qeyd olunan dövrdə Azərbaycanın 308 vətəndaşı qonşu ölkədə daimi yaşayış icazəsi alıb. Üç Azərbaycan vətəndaşına isə investisiyalar əsasında Gürcüstanda daimi yaşayış izni verilib. Ailəsinə qovuşmaq məqsədilə 144 azərbaycanlı yaşayış icazəsi, 321 Azərbaycan vətəndaşı isə qonşu ölkədə işləmək hüququ əldə edib.

Azərbaycanın 25 vətəndaşına isə təhsil məqsədilə yaşayış izni təqdim olunub. (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ikili vətəndaşlıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 18:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com