Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
11:50
Test tərtibçilərinin nəzərinə - DİM bu testləri qəbul etməyəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yekun qiymətləndirmə (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarına daxil olan fənlər üzrə qapalı və açıq tipli, eləcə də mətn və situasiya əsasında test tapşırıqları hazırlamaq istəyən şəxslər yazdıqları mətnləri və test tapşırıqlarını [email protected] mail ünvanına göndərə bilərlər.

DİM-dənFaktXeber.com-a bildiriblər ki, test tapşırıqları hazırda orta ümumtəhsil məktəblərində tədris edilən təhsil proqramında (kurikulumda) yer alan və müvafiq fənnin təlim nəticələrində əks olunan bilik və bacarıqların yoxlanılmasına xidmət etməlidir. Çox bəsit və faktoloji bilikləri yoxlayan test tapşırıqları qəbul edilməyəcək. Test tapşırıqlarının mövzusu qəbul proqramı və dərsliklər çərçivəsindən kənara çıxmamalıdır.

Müvafiq tələblərə cavab verən və ekspertizadan keçirilərək test bankına daxil edilən hər bir test tapşırığı və mətnə görə müəlliflərə müqavilə əsasında mövcud tariflərə əsasən əməkhaqqı ödəniləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : test 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 18:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com