Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
11:44
`Millidən belə tez dəvət gələcəyini gözləmirdim` - Rüfət Dadaşov

Millimizin üzvü Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib. 

Qol.az-ın xəbərinə görə, “Proyssen”in hücumçusu bir müddət fasilədən sonra yenidən yığmamıza dəvət  almasından danışıb. 

- Azərbaycan millisinə dəvət sizi təəccübləndirdi?

- Yenidən vətənim üçün oynamağı aruzlayırdım. Düzü, belə tez dəvət gələcəyini gözləmirdim. Buna görə, “Proyssen” klubuna və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.

- Orada əsas heyətə düşmək şansınızı necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, oynayacağıma ümid edirəm. Lakin hücum xəttində rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdir milliyə çağırılmadığımdan digər oyunçuların çoxundan xəbərim yoxdur.

- “Proyssen”in sabiq futbolçusu Dmitri Nazarov da Azərbaycan millisinə çağırılıb. 

- Bəli, o, Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda millidə eyni otaqda qalırıq.

- Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?

- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.

- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?

- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.

Məqalədə : Rüfət Dadaşov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
273

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
287

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 03:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru