Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
10:40
Ən çox axtarışda olan misirli terrorçu Liviyada həbs edilib-FOTO
"Koqalımavia" kompaniyasının təyyarəsinə terrorun arxasında da o durur

Liviyanın Derna şəhərində anti terror əməliyyatı zamanı «Əl-Murabitun» terror qruplaşmasınının lideri Əbu Ömər  əl Mühacir ləqəbli Hişam Aşmavi saxlanılıb.

Aşmavi Amerika təlim düşərgələrində xüsusi hazırlıq keçən Misir Silahlı Qüvvələrinin sabiq zabiti olub. 2006-cı ildə yerli sələfi məscidlərinin birində imam tərəfindən gənclərin terrorçuluğa çağrıldığı vaxt o, da ordu olub və bununla da Misir Xüsusi təyinatlılarının diqqətini çəkir.

İstintaq zamanı o, andına sadiq olduğu barədə kəşfiyyatçıları inandıra bilir. Lakin bundan sonra Aşmavi qadağan olunmuş ekstremist ədəbiyyat yaymağa və insanları radikallara qoşulmağa çağırır. 2012-ci ildə Türkiyə və Suriyaya şübhəli səfərlərindən sonra o, xidmətdən qovulur. Ehtimal olunur ki, bu ölkələrdə o, tam radikallaşır.

2013-cü ildə Hişam Aşmavi Sinaya gedir və orda «Ənsar Beyt əl-Makdis» qruplaşmasına rəhbərlik etməyə başlayır. Onun rəhbərliyi ilə qruplaşma diversiya əməliyyatlarında təcrübə qazanır.

Misir xüsusi xidmət orqanları hesab edir ki, terrorçuların, xüsusilə intiharçıların təlim düşərgəsinin yaradılmasının arxasında o dayanıb. 

Qruplaşma Misir hərbçilərinin və məmurlarına terror hücumları həyata keçirib.2013-cü ilin oktyabr ayında  İsmailiyədə Hərbi Kəşfiyyatın qərargahına, 2013-cü ilin dekabr ayında Dakiliyada Təhlükəsizlik İdarəsinə, 2014-cü ilin yanvar ayında Qahirə Təhlükəsizlik İdarəsinə hücumların arxasında da o, durub.

2014-cü ildə «Ənsar Beyt əl-Makdis» üzvlərinin əksəriyyəti İŞİD-ə qoşulur. Lakin Aşmavi imtina edir və «Əl-Qaidə»yə sadiq qalır.

Həmçinin hesab olunur ki, 2015-ci ilin oktyabr ayında «Koqalımavia» kompaniyasının Airbus A321 təyyarəsinə terrorun arxasında da o durur.

2015-ci ildə Aşmavi yaralanır və müalicə üçün Liviyaya göndərilir. Orda o, bu günə qədər lideri olduğu «Əl-Murabitun» qruplaşmasına rəhbərlik etməyə başlayır.

Misir DİN-in məlumatına görə Aşqmavi  «Əl-Murabitun» lideri kimi  ölkənin yüksək rütbəli şəxslərinə qarşı  sui-qəsdlərdə məsuldur.

Misirin Baş prokuroru Hişam Bərəkətə 2015-ci ildə maşının partlaştmışdı.

Bundan başqa «Al-Murabitun» Liviya və Sinayda İŞİD terrorçularına  qarşı hücumlarda da iştirak edib.

Hazırda Misir hökuməti Liviyadan terrorçunun ekstradisiyasını tələb edib.

Məqalədə : Terrorçu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
458

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
320

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
445

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
457
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 21:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru