Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
16:25
3972
100 dil bilən azərbaycanlı poliqlot - VİDEO

Emin Azərbaycanın ən çox dil bilən şəxsi hesab edilir.

Səlist yazıb danışdığı dillərin sayı nə az, nə çox düz 25-dir. Amma ümumi dil bilikləri 100-ə yaxındır. Emin bu dilləri 24 ilə öyrənib.

ARB TV-nin "Günə doğru" proqramı bununla bağlı maraqlı süjet hazırlayıb. 

O, ən çox vaxtını Çin dilini öyrənməyə həsr edib. Bütün dilləri özünün üslubu ilə mənimsəyib.

Dillərin ümumi üslubunun eyni olduğunu deyən müsahibimiz bu özəlliklərdən istifadə edərək dünya dillərinin azərbaycanca rahat öyrənilməsi üçün xüsusi metodika üzərində çalışır.

Emin Quliyev: "İnsanlara verdiyim fayda odur ki, heç bir ev tapşırığı etmədən, il yarıma öyrənə biləcəkləri dil biliklərini, 20 günə əldə edə biləcəklər". 

Poliqlot dil öyrənməyin də istəkdən asılı olduğunu deyir. Yaxın gələcəkdə isə türk dilləri lügətini yaratmaq istəyir.

Məqalədə : Emin Quliyev poliqlot 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
62

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
58

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
627

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1700
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 13:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru