Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
15:33
2917
Şeydayev Mahirin müdəfiəsinə qalxdı - `Fitə basılması...`

Millimizin üzvü Ramil Şeydayev “Qarabağ”ın futbolçusu Mahir Mədətovun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda “Arsenal”la keçirilən görüşdə əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılmağına münasibət bildirib. Qol.az-ın xəbərinə görə, “Krılya Sovetov”un futbolçusu şəxsi İnstaqram səhifəsində bu barədə paylaşıb edib. O, millidə komanda yoldaşı olan gənc hücumçunu müdafiə edib, azarkeşləri yerli futbolçulara dəstək olmağa çağırıb:

“Salam qardaşlar!

Azarkeşlərimizə səslənmək istəyirdim. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Qardaşımız, Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı!

Nəyə görə? Niyə?

O, bizim oyunçumuzdu, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridi. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. Belədə o sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun!

Hər kəsin çətin periodları olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun!

Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq!!
Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!
Çox sağolun!”

Qeyd edək ki, Mahir Mədətovun “Arsenal”la görüşdə bir neçə qol epizodunu dəyərləndirə bilməməsi azarkeşlərin qəzəbinə səbəb olub.

Məqalədə : Mahir Mədətov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
334

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
418

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
472

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
946

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
566

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
545
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 16:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru