Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
12:18
Azərbaycanda magistral yolda tozlu külək tüğyan edir - VİDEO

Bu gündən ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir, bəzi yerlərdə yağış yağır. FaktXeber.com-un verdiyi məlumata görə, sosial şəbəkələrdə magistral yollarda güclü toz burulğanını olduğu barədə video paylaşılıb. Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti temperaturun anomal gedişi gözlənildiyi barədə xəbərdarlıq edib. Belə ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təşkil edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : tozlu külək 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com