Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2018
16:11
Sürücü sərnişinləri daşımaqdan imtina edə bilər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobus salonlarında qaydaları pozan sərnişinlərlə bağlı müraciət edib.

FaktXəbər-in məlumatına görə, Xidmətin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, avtomobil daşıyıcısının (sürücünün) sərnişinləri daşımaqdan imtina etmək hüququ var:

“Bu hüquq "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sürücü sərnişin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 18:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com