Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2018
14:07
Hikmət Hacıyev Azərbaycan-Rusiya əlaqələrindən danışıb

"Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Dövlət başçıları səviyyəsində sentyabr ayında Soçi və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir".

Bunu açıqlamasında Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. 

O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında etimada və dostluğa əsaslanan səmimi dialoq və müntəzəm görüşlər əlaqələrimizin hərtərəfəli inkişafında xüsusi əhəmiyyətə malikdir: "Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Dövlət başçılarının açılışını etdiyini və nitq ilə çıxış etdikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha inkişafı baxımdan yeni perspektivlər vəd edir.

Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq münasibələrinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hikmət Hacıyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 09:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com